Makiyaj

Make Up

İl: 2019
Ölkə: Böyük Britaniya
Rejissorlar: Kler Okli
Filmin heyəti: Molli Vindzor, Cozef Kvin, Stefani Martini, Teo Barklem-Biqz, Liza Palfrey, Elodi Vilton
Janr: Dram
Müddəti: 86 dəqiqə.
Yaş məhdudiyyəti: 18+

Mövsümi istirahət zonasında olan vaqon -evciklərdə baş verən xəyali hadisələr və intriqalarla dolu psixoloji dram

Təmkinli gənc Rut (Molli Vindzor) sevgilisi Tomun (Cozef Kvin) güzgüsündə dodaq boyası ləkəsi və köynəyində kürən saç tapdığı zaman onların evinə narahatlıq hissi hakim kəsilir. Tapdığı detallarla Tomu üzləşdirməkdən imtina edən Rutu qısqanclıq hissi bürüyür.
 
Özünə inamlı və nikbin Ceyd (Stefani Martini) ilə işləməyə başladıqda onun qırmızı dırnaqları və saçındakı qırmızı çalarlar Rutun şübhələrini getdikcə daha da artırır. Rut hisslərini ələ almağa çalışır, lakin ürəyindəki şübhələr Tom ilə münasibətlərini təhdid edən vəsvəsəyə çevrilməyə doğrudur. Aralarındakı soyuqluq artdıqca Rut ona həm maraqlı gələn, həm də bir qədər çəkindiyi Ceydə yaxınlaşmaq üzrədir. Qısqanclıq gözünü tutduğundan, tamamilə fərqli bir hissin onu təqib etdiyinin fərqinə varmır...

Mükafatlar və festivallar:

London Kino Festivalı – iştirak 
SXSW Kino Festivalı – iştirak 
Rotterdam Beynəlxalq Kino Festivalı–iştirak 
Göteborq Kino Festival – iştirak